Rules

Rules of regulation of entrance-exit of tourists to high mountainous
areas of the National Parks and tourist guide service 
 
Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının
tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi
 
1. General provisions

1.1. These rules were based on the “National Conception on organization of ecotourism in the National Parks of the Republic of Azerbaijan, current issues, and development perspectives” confirmed by the order № 346/ü of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan dated June 27, 2006, with the purpose of operative and rational conduction of appropriate services in tourism and recreation zones, as well as in zones of service to tourists and others of the National Parks in accordance with the Law of the Republic of Azerbaijan on “Especially protected nature areas and objects” and regulations of “General statute of the National Parks of the Republic of Azerbaijan” approved by the decree № 531 of the President of the Republic of Azerbaijan dated July 14, 2001.
1.2. These rules determine regulations of adjustment of entrance-exit of tourists to high mountainous areas of the National Parks and tourist guide service.
1.3. Tourists intending to travel high mountainous areas of the National Parks should see “Exemplary Rules of use of National Parks areas”, and should keep determined requirements, conditions and norms of the destination when entering the National Parks. 

1. Mumi müddəalar

1.1. Bu Qaydalar “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 14 iyul tarixli 531 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin müddəalarına əsasən Milli Parkların turizm və rekreasiya, habelə, turistlərə və başqalarına xidmət göstərilən zonalarında müvafiq xidmət işlərinin operativ və səmərəli təşkili məqsədilə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 27 iyun tarixli 346/ü nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Parklarında ekoturizm fəaliyyətinin təşkili, mövcud problemlər və inkişaf perspektivlərinə dair Milli Konsepsiya» əsasında hazırlanmışdır.
1.2. Bu Qaydalar Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi qaydalarını müəyyən edir.
1.3. Milli Parkların yüksək dağlıq ərazilərinə səfər etmək istəyən turistlər Milli Parklara daxil olarkən «Milli Parkların ərazisindən istifadənin nümunəvi Qaydaları» ilə tanış olmalı, orada müəyyən olunmuş tələblərə, şərtlərə və normalara riayət etməlidirlər.

2. Registration of tourists traveling high mountainous areas of the National Parks  

2.1. Tourists traveling high mountainous areas of the National Parks should be registered at appropriate entrance and exit stations.
2.2. Tourists are allowed to act commensurately in the determined area of the National Park after implementing juridical actions in accordance with the Law and submitting all necessary documents.
2.3. Tourists traveling high mountainous areas of the National Parks and areas of border zones of the Republic of Azerbaijan within those territories should submit the following documents when entering the National Park:
2.3.1. Identity card (original);
2.3.2. Unexpired visa of foreign citizen in the Republic of Azerbaijan (copy);
2.3.3. Permission letter (original) from the State Border Service of the Republic of Azerbaijan in case the destination area pertains to the state border of the Republic of Azerbaijan;
2.3.4. Insurance certificate (copy);
2.3.5. Permission letter from the related body of the Ministry of Ecology and Natural Resources;
2.3.6. Affidavit (is filled by tourist at entrance stations or at corresponding office and station);
2.4. Tourists travel to the National Park areas within state border of the Republic of Azerbaijan is carried out adequately to the permission letter by the State Border Service in accordance with the written application (approval) of the related organ of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan.
2.5. Confirmation right of the tourist loses its validity and is not accepted by the National Parks unless appropriate permission is acquired by the State Border Service of the Republic of Azerbaijan within the term indicated in the permission letter of related body of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan.
2.6. Appropriate payments by the tourists traveling high mountainous areas of the National Parks are implemented according to “Instruction on conduction of ecotourism services in the National Parks areas” confirmed by the order № 346/ü of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan dated June 27, 2006.
2.7. Operation of stations working 24 hours a day and equipped with computers is provided in the whole entrances of the National Parks accepting tourists. Employees of these stations should give entrance tickets to the welcomed tourists, as well as get important information from them (through submittal of corresponding confirmation documents by tourists), register entrance and exit hours of them and their vehicles to the National Park area, make notes on compliance or incompliance with norms of behavior within the National Park, and accept affidavits from the tourists.
2.8. Travel of tourists individually or in group to high mountainous areas of the National Parks is conducted only with accompaniment of related persons (persons acquired corresponding certificate or juridical persons with whom official contract has been signed) who has been accredited commensurately at the Department of Protection of Biological Diversity and Development of Especially Protected Nature Areas of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan and has the right to serve as a guide in the National Parks.

2. Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlərin qeydiyyatı 

2.1. Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər Milli Parkın müvafiq giriş və çıxış məntəqələrində qeydiyyatdan keçməlidirlər.
2.2. Qanunverijiliklə müəyyən olunmuş hüquqi hərəkətləri həyata keçirdikdən və zəruri sənədləri təqdim etdikdən sonra turistlərin Milli Parkın müəyyən olunmuş ərazisində nəzərdə tutulan hərəkətinə və fəaliyyətinə icazə verilir.
2.3. Milli Parkların yüksək dağlıq ərazilərinə və həmin sahələrdəki Azərbaycan Respublikasının sərhəd zonalarına düşən ərazilərə səfər edən turistlər Milli Parka giriş zamanı aşağıdakı sənədləri təqdim etməlidirlər:
2.3.1. şəxsiyyəti təsdiq edən sənəd (əsli);
2.3.2. xarici vətəndaşın Azərbaycan Respublikasında etibarlılıq müddəti bitməmiş vizası (surəti);
2.3.3. ərazi Azərbaycan Respublikasının dövlət sərhəddinə aid sahədə olduqda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən icazə məktubu (əsli);
2.3.4. sığorta haqqında sənəd (surəti);
2.3.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumunun icazə məktubu;
2.3.6. iltizamnamə (giriş postlarında və ya müvafiq idarə və məntəqədə turist tərəfindən doldurulur).
2.4. Milli Parkların Azərbaycan Respublikasının dövlət sərhəddi zonalarına düşən ərazilərinə turistlərin səfəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumunun yazılı müraciətinə (razılığına) müvafiq olaraq Dövlət Sərhəd Xidməti tərəfindən verilən icazə sənədi əsasında həyata keçirilir.
2.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumunun razılıq məktubunda qeyd olunan müddət ərzində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən müvafiq icazə alınmadıqda həmin razılıq hüquqi qüvvəsini itirmiş hesab olunur və Milli Parklar tərəfindən qəbul olunmur.
2.6. Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər müvafiq ödəmələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 27 iyun tarixli 346/ü nömrəli əmri ilə təsdiq olunmuş «Milli Parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat»a uyğun olaraq həyata keçirirlər.
2.7. Milli Parkların turistləri qəbul edən bütün girişlərində gün ərzində 24 saat fəaliyyət göstərən, kompüterlərlə təjhiz olunmuş postların fəaliyyəti təmin olunur. Bu postlardakı əməkdaşlar turistlərə giriş bileti verməkdən əlavə, daxil olan turistlərdən zəruri məlumatları almalı (müvafiq təsdiqediji sənədlər təqdim olunmaqla), onların və onlara məxsus nəqliyyat vasitələrinin əraziyə giriş və çıxış saatlarını qeyd etməli, parkdaxili davranış qaydalarına əməl edilib-edilməməsi barədə qeydiyyat aparmalı və turistlərdən iltizamnamələri qəbul etməlidirlər.
2.8. Fərdi və ya qrup halında turistlərin Milli Parkların yüksək dağlıq ərazilərinə səfəri yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloci Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentində müvafiq qaydada akkreditasiyadan keçərək Milli Parklarda bələdçi xidməti göstərmək hüququna malik olan şəxslərin (müvafiq sertifikat almış fiziki şəxslər və ya xidmət müqaviləsi bağlanmış hüquqi şəxslər) müşayiəti ilə həyata keçirilir.


3. Rules on activities of guides 

3.1. Guides should meet the following requirements and their activities are characterized as follows:
3.1.1. Guide should have broad natural, cultural, historical and ethnographic information on the National Park and its environs;
3.1.2. Guide should know well the routes and have aptitudes according to requirements in mountain condition;
3.1.3. Guide should organize activities according to hospitality and candor;
3.1.4. Guide should have an ability to define destinations and directions (should be able to work with appropriate devices);
3.1.5. Guide should know the rules of conduct in forest, mountain, water basins and other special extreme conditions;
3.1.6. Guide should be able to administer first aid before doctor’s arrival (minimum medical preparation, medical equipment and proper bag for first aid should be provided);
3.1.7. Guide should know related foreign languages depending on tourist auditoria.
3.2. Guides should provide tourists with the followings before organizing picnic to the National Parks areas:
3.2.1. Provide route scheme of appropriate territory;
3.2..2. Give instructions on characteristics of the target area and technical safety rules and prepare to resolve difficulties of outdoor condition;
3.2.3. Test certain skills of tourists (riding, mountaineering, etc.) under proper circumstances;
3.2.4. Provide tourists with special (the most urgent) equipments and things in advance in case of emergency depending on route and weather condition;
3.3. Tourists should obey the instructions and requirements of the guide accompanying them within travel period and employees of the National Park unconditionally.
Tourists not keeping the abovementioned instructions and requirements in time and properly are proclaimed persona non-grata and their further travel chances to the National Parks areas are limited.
3.4. Guide should examine corresponding preparedness of ecotourists included to the guide group before starting mountain route in group.
3.5. Ecotourists leaving for long term route should take reserve eating products, their departure and return time should be defined, and guide should make certain notes on this in register.
3.6. The intended instruments and devices should be in good working order and tourist groups leaving for mass hiking should be accompanied by specialized doctor.
3.7. Getting apart from target route should be absolutely prohibited in high mountainous areas. All deeds here should be carried out according to agreed route, directions of guiding signs, technological maps should be obeyed steadfastly from the standpoint of safety, installation of marquees, camps, fling of solid wastes and domestic wastes should be implemented in especial areas determined by the National Park.
3.8. Administration of the National Park makes a decision on breaking out search-rescue works in case the routing tourist group stay disconnected for more than 4 hours or delay.
3.9. The amount of allocations spent for search-rescue works is reimbursed by the accused persons and 13th clause of these rules is imposed on them in case delay of tourist group is related with negligence or avoidance of agreed current route during search-rescue works.


3. Bələdçilərin fəaliyyəti üzrə qaydalar

3.1. Bələdçilər aşağıdakı tələblərə cavab verməli və onların əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
3.1.1. Milli Park və onun ətraf əraziləri barədə geniş təbii, mədəni, tarixi və etnoqrafik məlumatlara malik olmalı;
3.1.2. marşrutları yaxşı bilməli və dağ şəraitində tələblərə uyğun bacarıqlara malik olmalı;
3.1.3. qonaqpərvərlik və səmimiyyət hissləri üzərində işlərini təşkil etməli;
3.1.4. ərazidə istiqamət və jəhətləri müəyyən etmək bajarığına malik olmalı (bununla əlaqədar müvafiq cihazlarla işləməyi bacarmalı);
3.1.5. meşədə, dağda, su hövzələrində və s. xüsusi ekstremal şəraitlərdə davranış qaydalarını bilməli;
3.1.6. həkiməqədər ilk tibbi yardım göstərməyi bajarmalı (minimum tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin tibbi yardım üçün müvafiq çantası olmalıdır);
3.1.7. turist auditoriyasından asılı olaraq müvafiq xarici dilləri bilməlidir.
3.2. Bələdçilər Milli Parkların ərazilərinə gəzintilərini təşkil etməzdən əvvəl turistləri:
3.2.1. müvafiq ərazinin marşrutunun sxemi ilə təchiz etməli;
3.2..2. ərazinin xüsusiyyətləri və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırmalı və çöl şəraitindəki çətinlikləri aradan qaldırmağa hazırlamalı;
3.2.3. lazımi hallarda turistlərin müəyyən bajarıqlarını (at sürmə, dağa dırmanma və s.) yoxlamalı;
3.2.4. marşrutdan və ya hava şəraitindən asılı olaraq, zərurət yarandıqda əvvəljədən xüsusi (ən vacib) inventar və predmetlərlə təmin etməlidir.
3.3. Turistlər səfər müddəti ərzində onları müşayiət edən bələdçinin və ərazidə xidmətdə olan Milli Park əməkdaşlarının göstəriş və tələblərinə şərtsiz əməl etməlidirlər. Bu göstəriş və tələblərə vaxtında və düzgün əməl etməyən turistlər Milli Parkda «arzu edilməz şəxs» (persona non-qrata) elan olunaraq onların gələcəkdə bir daha Milli Parkların ərazilərinə səyahət (səfər) etmək imkanları məhdudlaşdırılır.
3.4. Qrup halında dağ marşrutuna çıxmazdan əvvəl bələdçi qrupa daxil olan ekoturistlərin müvafiq hazırlıqlarını yoxlamalıdır.
3.5. Uzunmüddətli marşruta çıxan ekoturistlər ehtiyat yemək məhsullarını özləri ilə götürməli, onların getmə və qayıtma vaxtları müəyyənləşdirilməli, bu barədə bələdçi tərəfindən qeydiyyat curnalında müvafiq qeydlər edilməlidir.
3.6. Marşrut zamanı istıfadə olunajaq alət və cihazlar saz vəzıyyətdə olmalı və kütləvi yürüşlərə çıxan turist qrupları ixtisaslaşdırılmış həkim tərəfindən müşayiət edilməlidir.
3.7. Yüksək dağlıq ərazilərdə yol marşrutundan kənara çıxmaq qəti qadağan edilməlidir. Burada bütün hərəkətlər razılaşdırılmış marşrut üzrə həyata keçirilməli, ərazidə istiqamətləndirici nişanların, texnoloji xəritələrin göstərişlərinə təhlükəsizlik nöqteyi-nəzərindən dönmədən əməl olunmalı, çadırların, kempinqlərin qurulması, bərk və məişət tullantılarının atılması yalnız Milli Park tərəfindən müəyyən olunmuş xüsusi yerlərdə həyata keçirilməlidir.
3.8. Əgər turist qrupu marşrutda 4 saatdan artıq əlaqəyə çıxmazsa və ya gecikərsə, onda Milli Parkın rəhbərliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılması barədə qərar qəbul olunur.
3.9. Axtarış-xilasetmə işləri nəticəsində turist qrupunun yubanmasının səhlənkarlıq üzündən və ya razılaşdırılmış mövjud marşrutdan kənarlaşma səbəbindən baş verməsi müəyyən olunarsa, axtarış-xilasetmə işlərinə sərf olunan vəsaitin məbləği təqsirkarlar tərəfindən ödənilir və onlara bu Qaydaların 13-cü bəndi tətbiq olunur.

4. Liability
4.1. Tourists bear civil, administrative or criminal responsibility as accused persons for damages inflicted to nature complexes of the National Park in accordance with the legislation of the Republic of Azerbaijan in case of violation of the legislation on especially protected nature areas and objects.
4.2. The National Park is not responsible for any damage afflicted to the estate or health of tourists in case of break of “Exemplary rules of use of National Parks areas” confirmed by the order № 346/ü of the Ministry dated June 27, 2006 and under force majeure circumstances.
 
 
4. Məsuliyyət
4.1. Turistlər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin tələblərinin pozulması hallarında Milli Parkın təbiət komplekslərinə dəymiş ziyana görə təqsirli şəxslər olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada mülki, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
4.2. Turistlərin hərəkətləri nətijəsində bu Qaydaların, Nazirliyin 2006-cı il 27 iyun tarixli 346/ü nömrəli əmri ilə təsdiq edilmiş «Milli Parkların ərazisindən istifadənin nümunəvi Qaydaları»nın pozulması zamanı və fors-major hallarında onların əmlakına və səhhətinə dəymiş hər hansı ziyana görə Milli Park məsuliyyət daşımır.

No comments:

Post a Comment